Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putin yeni nazirlərin və baş nazirin
müavinlərinin təyin edib.
Trend-in məlumatına görə, bununla bağlı Rusiya prezidenti
fərmanlar imzalayıb.
Bildirilib ki, ilk dəfədir ki, Rusiya hökuməti 2020-ci ildə
qəbul edilmiş konstitusiya dəyişikliyində nəzərdə tutulan yeni
prosedura əsasən formalaşıb.
İlkin olaraq, bütün namizədlər parlamentdə təsdiq olunub. Eyni
zamanda, namizədlərin Dövlət Duması və ya Federasiya Şurası
tərəfindən təsdiqindən sonra V.Putin onları vəzifələrə təyin
etməkdən imtina edə bilməz. Baş nazirdən başqa, hökumətin tərkibinə
10 baş nazirin müavini və 21 nazir daxil olub. Beş nazir birbaşa
prezidentin rəhbərliyi altında çalışır: bunlar Daxili İşlər, Xarici
İşlər, Müdafiə, Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin
rəhbərləridir. Qalan nazirlər baş nazirə hesabat verirlər.





























