Advertisement

AVRO-2024: Yalnız kapitanlar hakimlə danışacaq

Bakı. Trend:

AVRO-2024-də yalnız yığma kapitanları hakimlərə yanaşmaq
hüququna malik olacaqlar.

Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə UEFA turnir iştirakçılarına
təlimat göndərib.

Qurumun Hakimlər Komitəsinin direktoru Roberto Rozetti
tərəfindən göndərilən məktub UEFA-nın saytında yayımlanıb. Hakimin
meydandakı 22 futbolçunun təzyiqi zamanı öz qərarını tam açıqlaya
bilmədiyi və bu addımın oyunun imicinə zərbə vurduğu bildirilib.
Rozettinin məktubunda bəzi qərarların həmişə müzakirə olunacağını
və ədalət təmsilçilərinə bunları açıqlaması üçün şəraitin
yaradılmasının əhəmiyyəti vurğulanıb. Müraciətdə kapitanlar
qaydalara riayət etməyə çağrılıb və onların hakimlərlə ünsiyyət
quracaq əsas şəxs olduğu qeyd edilib.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 11-nə kimi
Almaniyada təşkil olunacaq.