Bakı. Trend:
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri
Komissiyasının növbəti iclası keçiriləcək.
Trend xəbər verir
ki, toplantıda Komissiyaya daxil olan digər müraciətlərə
baxılacaq.
Qeyd edək ki, Komissiyanın bu il keçirilən iclaslarında baxılan
müraciətlərin sayı 300-ü ötüb.
Xatırladaq ki, indiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya
aktı imzalanıb.
Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. Məhkum
edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması
haqqında sərəncam imzalanıb.
Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs
azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə
cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan
məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın
məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti
məhkum edilmiş şəxslər) azad edilib.





























