Advertisement

Maliyyə sektoru texnoloji yenilikləri sürətlə mənimsəyir – Mustafa Aydın

Bakı. Trend:

Maliyyə sektoru texnoloji yenilikləri sürətlə mənimsəyir.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən Fintech Summit-də
Türkiyənin Bank Nəzarəti və Tənzimlənməsi İdarəsinin sədr müavini
Mustafa Aydın deyib.

“Maliyyə sektoru texnoloji yenilikləri sürətlə mənimsəyir. Son
10 il ərzində “ağıllı” cihazlar və mobil internet istifadəsinin
artımı maliyyə sektorunun inkişafına təkan verib”, – deyə o
bildirib.

Onun sözlərinə görə, maliyyə sektorunda rəqəmsal inqilab bundan
sonra da artmağa davam edəcək.

“Biz də rəqəmsallaşma dönəmində yeni inkişafları diqqətlə
izləyirik və izləyəcəyik”, – Mustafa Aydın bildirib.

Qeyd edək ki, 15-16 may 2024-cü il tarixində Bakıda “Bank və
Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və
Təhlükəsizlik” adlı FİNTEX SAMMİT 2024 keçirilir.