Bakı. Trend:
Biləsuvar rayonunda ağır qəza baş verib.
Trend xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı
kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı yük maşını Şahmar
Mehtiyevin idarə etdiyi “Ford” markalı mikroavtobusa çırpılıb. Qəza
nəticəsində yol istismar idarəsinə məxsus olan “Ford” markalı
mikroavtobusda olan sərnişin, idarənin əməkdaşı ölüb.
Mikroavtobusda olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri
alıblar.
Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hazırda onların
şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.





























