Advertisement

Parisdə Beynəlxalq Enerji Agentliyinin qərargahında COP29-a həsr olunmuş tədbir keçirilir

Bakı. Trend:

Parisdə Beynəlxalq Enerji Agentliyinin (BEA) qərargahında
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyana həsr olunmuş “COP29-BEA enerji keçidi
yüksək səviyyəli dialoq” adlı konfrans işə başlayıb.

Trend xəbər verir ki, toplantıda müxtəlif ölkələrin aidiyyəti
nazirləri, COP 26, 27, 28 və 29-un prezidentləri, beynəlxalq
təşkilatların rəhbərləri, Fransada akkreditə olunmuş müxtəlif
ölkələrin səfirləri iştirak edirlər.

Konfransda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri,
COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, eləcə də, digər
nazirlər və COP prezidentləri çıxış edəcək, enerji keçidinə dair
fikirlərini bölüşəcəklər.