
Bakı. Trend:
Bakıda “Fintech Summit 2024” öz işini davam etdirir.
Trend xəbər
verir ki, builki sammit “Bank və Maliyyə Ekosistemində Yeni
Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusuna həsr
olunub.
Tədbirdə Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Banklar
Birliyi, Visa, İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi, eləcə də, Türkiyə Bank Tənzimlənməsi və Nəzarəti
Agentliyinin rəhbərləri giriş nitqi ilə çıxış ediblər.
Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov
iştirakçılara müraciətində bankların təqdim etdiyi elektron ödəniş
sistemlərində artım müşahidə olunduğunu vurğulayıb.
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin birinci
rübündə internet bankçılıq ödənişləri 18 faiz artaraq, 59 milyard
manatı ötüb, mobil bankçılıqla edilən ödənişlər isə 15 milyard
manatı ötüb”, – o deyib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və
Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva öz növbəsində
beynəlxalq bazarlara çıxış üçün ölkədə lokal startaplara dəstək
verildiyini bildirib.
“Lokal startapların beynəlxalq bazarlara çıxışı çox vacibdir.
Bunun üçün biz müxtəlif beynəlxalq forumlarda bu startapların
təqdim edilməsi üçün şərait yaradırıq”, – o deyib.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev
Azərbaycanda qonşu dövlətlərlə ödəniş ekosistemlərinin
inteqrasiyası dərinləşdirilməli olduğunu bildirib.
“Türk dövlətləri arasında ödəniş sistemlərinin inteqrasiyanın
gücləndirilməsi, bu əlaqələrin inkişaf etdirilməsi bu yolda
başlanğıc ola bilərdi”, – deyə o əlavə edib.
Sammit çərçivəsində iştirakçılar 8 panel müzakirəsi keçirəcək.
Bütünlükdə 2 gün ərzində tədbiri 300-ə yaxın tərəfdaş və iştirakçı
şirkət, 1500 yerli və əcnəbi iştirakçı ziyarət edəcək.
Xəbər yenilənəcək
(Tərcümə: Rəna Əbdürəhmanova)



























