Bakı. Trend:
Beyləqan rayonunun Şəfəq qəsəbəsindəki “Peyğəmbər”
qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ
müharibəsində itkin düşmüş hesab olunan Rəsul Arif oğlu Əliyevin
nəşinin qalıqları Sumqayıt şəhərinə gətirilib.
Trend xəbər verir ki, vida mərasimindən sonra şəhidin nəşi
Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin
doğmaları, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının
əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak
ediblər.
Qeyd edək ki, Rəsul Əliyev 1960-cı il fevralın 18-də Sumqayıt
şəhərində anadan olub. O, 1993-cü il noyabrın 7-də Füzuli rayonunun
Kürdmahmudlu kəndi ərazisində gedən döyüşlərdə itkin düşüb.





























