Advertisement

Ağcabədidə 2 uşaq dəm qazından zəhərləndi – Biri öldü

Bakı. Trend:

Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri həyatını
itirib. Hadisə Ağcabədi rayon Boyat kəndində qeydə alınıb.

Trend xəbər verir ki, Boyat kənd sakinləri Hümbətov Emil Emin
oğlu və bacısı Hümbətova Filiz Emin qızı dəm qazından
zəhərləniblər.

Zəhərlənmə nəticəsində Emil Hümbətov dünyasını dəyişib. Filiz
Hümbətova isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.