Bakı. Trend:
Bakıda bir qadın 202 nəfərə 498175 manat zərər vurub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Naizrliyi
tərəfindən məlumat verilib.
“Polis tərəfindən istintaq olunur. Həbs edilib. Zərərçəkmişlərin
böyük əksəriyyətinə sosial şəbəkə vasitəsilə “Avion Travel” MMC-nin
direktoru Lalə Rəcəbova yalan vədlər verməklə viza məsələlərini
həll edəcəyinə söz verib, sənədlərini qəbul edib.
Onun əməllərindən zərərçəkmiş başqa şəxslər varsa, polisə
müraciət edə bilər”, – deyə məlumatda qeyd olunub.





























