Advertisement

Orta məktəblərdə rəqəmsal bacarıqlarla bağlı layihə həyata keçirdik – Ceyhun Kərimov

Bakı. Trend:

Hər kəs süni intellek haqqında danışır, amma biz gələcək
illərdəki ixtisaslarda konkret hansı tələblər olacaq deyə
bilmərik.

Trend xəbər verir ki, bu barədə bu gün Peşə təhsili üzrə Dövlət
Agentliyinin direktoru Ceyhun Kərəmov “GSMA M360 Eurasia 2024”
konfransı çərçivəsində keçirilən “Rəqəmsal genetikamız- Sabahın
bacarıqları” adlı paneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, rəqəmsal bacarıqlar gələcək işlərin bir parçası
olacaq.

“Biz çalışmalıyıq ki, davamlı işçi qüvvəmiz olsun. Yaxın illərdə
orta məktəblərdə rəqəmsal bacarıqlarla bağlı layihə həyata
keçirdik. Peşə məktəblərində təhsil alan 30 min tələbədən 5 mini
İKT üzrə təhsil alır. Biz bunu əsas ixtisaslardan biri hesab
edirik.

Təcrübə 2-3 illik təhsil bir çox sahələrdə faydasız olur. Hələ
ki, iki məktəbdə yeni layihə sınayırıq. Hansı ki, tələbə 3 gün
dərsdə, 2 gün iş yerində olur. İKT elə bir sahədir ki, biz buraya
rahatlıqla vəsait ayırırıq. İKT təhsili olmayanlar əmək bazarında
özlərinə iş tapa bilməyəcəklər”,- deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell
Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları
ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və
regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici
qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də
digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün
bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti
haqqında danışacaqlar.