
Bakı. Trend:
Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli
tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən
videogörüntü yayımlanıb.
Trend-in
məlumatına görə, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən
məlumat verilib.
Məlumata əsasən, məsələ ilə bağlı məlumatlıdırlar, artıq ötən
həftədən etibarən Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən
araşdırma başlanılıb
Qeyd edilib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə
əlavə məlumat veriləcək.
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat
verilib:
“Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları
paylaşmamağa çağırırıq”.





























