Advertisement

Gürcüstan prezidenti parlament seçkilərində Avropayönümlü cəhbəyə rəhbərlik edəcəyini bildirib

Bakı. Trend:

Gürcüstan prezidenti Salome Zurabişvili bu ilin oktyabr ayında
ölkədə keçiriləcək parlament seçkilərində Avropayönümlü cəhbəyə
rəhbərlik edəcəyini bildirib.

Trend xəbər
verir ki, Zurabişvili bu barədə “CNN” telekanalının efirində
deyib.

“Mən bunu birbaşa seçkilərdə iştirak etməklə deyil, siyasi
partiyaların və vətəndaş cəmiyyətinin qərbyönümlü, Avropayönümlü
cəhbəsinin təminatçısı olaraq edəcəyəm”, – deyə Zurabişvili qeyd
edib.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti parlamentində
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü
oxunuşda qəbul edib. Qanun layihəsi gəlirlərinin 20 faizindən çoxu
xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin
xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutulur.

Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsinə veto
qoyacağını bildirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun