Bakı. Trend:
2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Türkmənistana
sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,6
faiz azalaraq, 4,5 milyon dollara bərabər olub.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.
“Bu ilin aprel ayında Türkiyə Türkmənistana 1 milyon dollar
məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin aprel
ayı ilə müqayisədə 42,4 faiz azdır” – deyə nazirlikdən
bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin
dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı
ilə müqayisədə 7,9 faiz azalaraq, 1,4 milyard dollara bərabər
olub.
“Bu ilin aprel ayında Türkiyə 339,2 milyon dollar məbləğində
sement ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 9,2
faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 – aprel 2024)
Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac
edib.





























