Bakı. Trend:
Mayın 20-26-da Bakı İdman Sarayında keçiriləcək güləş üzrə U-23
Avropa çempionatının biletləri satışa çıxarılıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, “İticket” vasitəsilə satışa çıxarılan
biletlərin qiyməti 2 AZN-dir.
İlk dəfə ölkəmizdə təşkil ediləcək yarışın biletləri hər gün
gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır. Yalnız son
yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və
15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630
bilet satışa çıxarılıb.
Qeyd edək ki, biletləri iticket.az saytından onlayn qaydada və
“İticket”in şəhərin müxtəlif məkanlarında yerləşən satış
məntəqələrindən əldə etmək mümkündür.





























