Advertisement

Günəşdə güclü partlayış oldu – Trend.Az

Bakı. Trend:

Birləşmiş Ştatların Elmi və Tənzimləyici Agentliyinin məlumatına
görə, mayın 14-də Günəşdə son on ilin ən böyük partlayışı baş
verib.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, günəşdən yayılan alov dalğası indiyə
qədər qeydə alınan 17-ci ən böyük partlayışdır.

Kosmik Hava Proqnozları Mərkəzi xəbərdarlıq edib ki, bəzi radio
ötürücülər və oxşar texniki avadanlıqlar güclü məşəldən təsirlənə
bilər.

Alov püskürməsi gecə saat 1 radələrində baş verib və ən güclü
növ olan “X” sinifli partlayış kimi qiymətləndirilib.