Advertisement

Slovakiya prezidenti baş nazirə sui-qəsddən sonra xarici səfərini yarımçıq qoyub

Bakı. Trend:

Slovakiyanın yeni seçilmiş prezidenti Peter Pelleqrini xarici
səfərini yarımçıq qoyub və baş nazir Robert Fitsoya qarşı sui-qəsd
cəhdi ilə bağlı vətəninə qayıtmaq qərarına gəlib.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

“Prezident baş verən hadisələrlə əlaqədar xaricdə səfərini başa
vuraraq Slovakiyaya qayıdır”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, Peter Pelleqrini bu iyunun 15-də dövlət başçısı
kimi səlahiyyətlərinin icrasına başlayacaq.