Advertisement

Slovakiya parlamenti baş nazirə görə təcili toplanır

Bakı. Trend:

Slovakiya parlamenti Baş nazir Robert Fitsoya qarşı törədilmiş
sui-qəsd hadisəsi ilə əlaqədar növbədənkənar təcili iclas
çağırıb.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, iclasda ölkədə yaranmış fövqəladə
vəziyyətlə əlaqədar növbəti addımlar müzakirə ediləcək.

Məlumata görə, ölkənin bütün siyasi qüvvələri baş vermiş
hadisəni pisləyən bəyanatlar veriblər. Eləcə də müxalifət
partiyaları ictimai teleradio ilə bağlı hökumətin hazırladığı
islahata qarşı təşkil olunan nümayişi təxirə salıb.

Qeyd edək ki, Slovakiya Nazirlər Kabinetinin iclasından sonra
Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə dəfə atəş
açılıb. Yaralanan nazir xəstəxanaya aparılıb. Baş nazirə sui-qəsd
edən şəxs saxlanılıb.