Bakı. Trend:
Slovakiya parlamenti Baş nazir Robert Fitsoya qarşı törədilmiş
sui-qəsd hadisəsi ilə əlaqədar deputatların təhlükəsizliyini təmin
etmək üçün iclasları dayandırıb.
Trend xəbər verir ki, bu qərarı respublikanın ali qanunverici
orqanının sədri vəzifəsini icra edən Peter Jiqa verib.
Parlamentin iclasları mayın 21-dək dayandırılıb.
Qeyd edək ki, Slovakiya Nazirlər Kabinetinin iclasından sonra
Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə dəfə atəş
açılıb. Yaralanan nazir xəstəxanaya aparılıb. Baş nazirə sui-qəsd
edən şəxs saxlanılıb.





























