Bakı. Trend:
Qadın həndbolçulardan ibarət Azərbaycan yığması Mərkəzi Asiyanın
Açıq Çempionatında iştirak edəcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə
keçiriləcək turnir bu gün start götürəcək.
Çempionatda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və
Tacikistan yığmaları ilə yanaşı qonşu ölkələrin klubları da iştirak
edəcək. Millimiz A qrupunda Qazaxıstanın ALMATA REGİON,
Özbəkistanın ROPSTTM və OKMK klubları ilə yarışacaq.
Yığmamız ilk oyununu bu gün OKMK klubu ilə keçirəcək. Oyun saat
10:30-da start götürəcək. Turnirin reqlamentinə görə, qrup
mərhələsində ilk iki yerin tutan komandalar yarımfinala
yüksələcək.
Qeyd edək ki, turnirə mayın 21-də yekun vurulacaq.





























