
Bakı. Trend:
Çərşənbə tonqalımızı Laçın qalamaq, Novruz bayramını Laçında
qeyd etmək sevincini yaşayırıq.
Bunu Trend-ə
açıqlamasında Laçın sakini Şəkər Bəşirova deyib.
Onun sözlərinə görə, çox gözəl hisslərlə ailəsi ilə birlikdə
doğma yurda, Laçına qayıdır.
“Çərşənbə, Novruz bayramı ənənələrini doğma yurdda qeyd etmək
böyük duyğudur. 70 yaşımda yenidən Laçını görəcəyim üçün çox
sevinirəm. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə
can-sağlığı versin. Allah Prezidentimizi, dövlətimizi qorusun.
Bizim Laçına geri dönüşümüz üçün şərait yaradılıb”, – deyə o
bildirib.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 451 ailə, yəni 1705
nəfər, Zabux kəndinə 211 ailə, yəni 808 nəfərin daimi məskunlaşması
təmin edilib.





























