Advertisement

Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək

Bakı. Trend:

Korporativ Sosial Məsuliyyətli Yelo bu dəfə də əlamətdar
tədbirin keçirilməsinə dəstək olacaq. Belə ki, 22 may 2024
tarixində Heydər Əliyev Mərkəzində növbəti SHE Congress tədbiri baş
tutacaq. Tədbir bu il “İndinin gücü: Anı yaşa” (The power of now:
Live the moment!) şüarı ilə keçiriləcək. Tədbirin keçirilməsində
əsas məqsəd qadınların şəxsi və peşəkar inkişaflarına dəstək olmaq,
həmçinin cəmiyyətin bütün sahələrində onların səlahiyyətlərinin
genişləndirilməsini təşviq etməkdir. Tədbirə müxtəlif ölkələrdən və
sahələrdən dəvət olunmuş spikerlərin təqdimatları, panel
müzakirələri və ən əsası, qarşılıqlı ünsiyyət daxildir. Tədbirdə
iştirak ödənişsizdir və hər kəsə açıqdır. İştirak etmək üçün 17
may, saat 18:00-dək qeydiyyatdan keçə bilərsiniz: https://bit.ly/3WD4fFR

Artıq ikinci ildir ki, SHE Congress tədbirinin əsas dəstəkçisi
kimi Yelo Bank qadınları uğura ilhamlandırmağı, biznesdə güclərini
artırmağı hədəfləyir. Bank qadınların hərtərəfli inkişafı
məsələlərini daim diqqətdə saxlayır, bərabər imkanlarlı həyat üçün
sosial təşəbbüsləri aktiv dəstəkləyir.

Mikro
kredit
ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!