Advertisement

Slovakiya baş nazirinin həyati təhlükəsi davam edir – KİV

Bakı. Trend:

Slovakiya baş naziri Robert Fitsonun həyati təhlükəsi hələ də
davam edir.

Trend xəbər
verir ki, bu barədə Slovakiyanın yerli telekanalı mənbələrə
istinadən məlumat yayıb.

Xatırladaq ki, dünən Slovakiya Nazirlər Kabinetinin iclasından
sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda ona bir neçə dəfə
atəş açılıb. Yaralanan baş nazir xəstəxanaya yerləşdirilib və
əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi açıqlanıb.

Robert Fitsoya sui-qəsd edən şəxs saxlanılıb. Onun 71 yaşlı
yazıçı Yuray Çintula olduğu müəyyən edilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun