Advertisement

“GSMA M360 Eurasia 2024” konfransının ikinci günü keçirilir

Bakı. Trend:

“GSMA M360 Eurasia 2024” konfransının ikinci günü keçirilir.

Trend xəbər verir ki, Bakıda ikinci dəfə Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi
və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

İkinci gün “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat
nəfəsi”, “Artan bağlantı ehtiyacları üçün telekommunikasiya
arxitekturasındakı irəliləyişlərin araşdırılması”,
“Telekommunikasiya şirkətlərinin innovativ B2B əlaqə həlləri
vasitəsilə sənayelər arasında rəqəmsallaşmanı və kollektiv artımı
necə idarə etdiyini açıqlayır” panel müzakirələri baş tutacaq.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları
ətrafında fikir mübadiləsi aparılır.

Qeyd edək ki, bu il “GSMA M360 Eurasia 2024” konfransına
Microsoft, Google, Amazon Web Services, World Bank, e&
International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və
digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər
qatılıblar.