
Bakı. Trend:
Telekommunikasiya şirkətləri ən çox emissiya buraxan
şirkətlərdir.
Trend xəbər verir ki, bu barədə “McKinsey & Company”nin Mərkəzi
Asiyadakı telekommunikasiya təcrübəsi rəhbəri Alima Zimanova “GSMA
M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “COP29-un
qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə
çıxışı zamanı deyib.
O bildirib ki, araşdırmaya görə, müştərilər yaşıl sertifikatlara
30 faiz artıq ödəniş etməyə hazırdır.
“Operator qrupları emissiyaların azaldılması üzrə öhdəlik
götürüblər. Onların əksəriyyəti 2030-cu ili özlərinə hədəf seçib.
Bəzi operatorlar bu mövzuda digərlərindən daha uğurludur. 80-90
faiz emissiyalar geri qaytarılandır. Lakin emissiyaları azaltmaq
daha səmərəli ola bilər. Aktiv infrastrukturdan istifadə enerjiyə
ən çox qənaət edə biləcəyimiz sahədir. Avropada bu işləri həyata
keçirmək daha asandır.
Biz yalnız özümüz üçün yox, gələcək nəsillər üçün yaşıl
enerjidən istifadə etməliyik”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell
Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.
Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları
ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və
regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici
qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də
digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün
bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti
haqqında danışacaqlar.





























