
Bakı. Trend:
Bərpaolunan enerji ilə təmin edilən məlumat mərkəzləri səmərəli
ola bilər.
Trend xəbər verir ki, bu barədə Huawei Rəqəmsal Sənaye
Mükəmməllik Mərkəzinin rəhbəri Safder Nazir “GSMA M360 Eurasia
2024” konfransı çərçivəsində keçirilən “COP29-un qurulmasında iqlim
öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı
deyib.
O bildirib ki, sənayelər üçün öhdəliklərini başa düşmək çətin
olur.
“Şirkətlər öz kampuslarını sıfır emissiyaya endirməlidir.
Binalarda texnoloji həllərin istifadə edilməsi enerji istifadəsini
azaldacaq. Biz texnologiya ilə hər bir alətin nə qədər enerji
istifadə etdiyini və süni intellektlə bunu azaltmağın yolunu
tapmağa nail olmuşuq.
Hökumətlər biznes şirkətlərini bu işə təşviq etməlidir”,- deyə o
bildirib.
Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell
Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.
Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları
ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və
regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici
qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də
digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün
bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti
haqqında danışacaqlar.





























