
Bakı. Trend:
2024-cü il fevralın 23-də ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar
paketini tətbiq edib.
Trend rus
mediasına istinadən xəbər verir ki, Vaşinqtonun yeni sanksiyalar
paketinə 500 fiziki və hüquqi şəxs daxil olub.
Sanksiyalar ABŞ Maliyyə Nazirliyi, Ticarət Nazirliyi və Dövlət
Departamenti tərəfindən birgə tətbiq olunub.
Sanksiyalar paketində, həmçinin, Rusiyanın Kəlbəcərdə qızıl
yataqlarını istismar edən “GeoProMining” şirkətlər qrupu da yer
alıb. Belə ki, şirkətlər qrupunun Ermənistandakı aktivlərinə
“Zəngəzur Mis-Molibden Kombinatı”, Zod qızıl yatağını istismar edən
“GeoProMining Gold”, Ararat qızıl çıxarma zavodu və “Əkərək
(Aqarak) Mis-Molibden Kombinatı” daxildir.





























