Advertisement

Əlli beş işıq ili uzaqlıqda Yer ölçüsündə planet kəşf edilib

Bakı. Trend:

Alimlər 55 işıq ili uzaqlıqda Yer böyüklüyündə planet kəşf
ediblər. Astronomların “SPECULOOS-3b” adlandırdıqları həmin planet
öz ulduzunun orbiti ətrafında 17 saat ərzində fırlanır. Sürətli
dövretmə müddətinə baxmayaraq, ekzoplanetdə gecələr və gündüzlər
heç bitmir.

Trend “Study finds” saytına istinadən xəbər verir ki, yeni
aşkarlanan planet günəşdən iki dəfə soyuq, kütləsi isə on dəfə
azdır.

Yeni tədqiqatın nəticələri “Nature Astronomy” jurnalında dərc
olunub. Tapıntının müəllifi yaxınlıqdakı ultrasərin cırtdan
planetlərə nəzər salmaq üçün qlobal robot teleskoplar şəbəkəsindən
istifadə edib. Birmingem Universitetindən olan tədqiqatçı Corcina
Dransfild ultrasərin cırtdanların kiçik ölçülərinin planetləri
aşkar etməyi asanlaşdırdığını bildirib.

Alimlər qeyd edirlər ki, Ceyms-Vebb Kosmik Teleskopu bu ekzotik
dünyanın geologiyası və mineralogiyası haqqında əsaslı bilgilər
verə bilər.