Advertisement

Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır
geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,8
faiz azalaraq, 33,6 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Gürcüstana 7,3 milyon dollar
məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin
aprel ayı ilə müqayisədə 31,1 faiz azdır” – deyə nazirlikdən
bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin
hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
13,8 faiz azalaraq, 5,8 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 1,2 milyon dollar məbləğində hazır
geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə
müqayisədə 17,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023 -aprel 2024)
Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac
edib.