Advertisement

Elnur Rzayev xəstəxanada müalicə alan şəhid anasını ziyarət edib

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Xaçmaz
rayon prokuroru Rəşad Məmmədov Rayon Mərkəzi Xəstəxanasında müalicə
alan şəhid anası, Bibixanım Məmmədovanı ziyarət edib. Elnur Rzayev
şəhid anasının səhhəti ilə maraqlanıb, şəfalarını diləyib, hər
zaman onların yanında olduğunu bildirib.

“Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin
direktoru Səyyaf Tağıyev şəhid anasının səhhəti bağlı məlumat
verərək bildirib ki, Bibixanım Məmmədovanın müayinə və müalicəsi
uğurla davam etdirilir. Şəhid anası tezliklə sağalaraq evinə yola
salınacaq.

Şəhid anası göstərilən həssas münasibətə görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya minnətdarlıqını ifadə edib.

Qeyd edək ki, Bibixanım Məmmədovanın oğlu Sərxan Mirzəməmmədov
Vətən Müharibəsində şəhidlik ziravəsinə ucalıb. Azərbaycan
Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sərxan Mirzəmmədov
ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad
olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə
təltif olunub.