Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə
dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,8
% artaraq 614,5 milyon manat olub.
Bu barədə Trend-ə Dövlət
Statistika Komitəsindən bildirilib.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 %-i
hüquqi şəxslərin, 48,8 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 7,1 % artaraq
311,4 milyon manat olub.



























