Advertisement

AFFA-dan “Turan Tovuz”un şikayətinə cavab

Bakı. Trend:

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti
açıqlayıb.

Tribunalda “Turan Tovuz”un şikayətinə baxılıb. Qərblilər
Azərbaycan Premyer Liqasının XXXIII turunun “Zirə” ilə oyununun
90+9-cu dəqiqəsində qırmızı vərəqə alan Roderik Millerlə bağlı
müraciət edib.

AFFA apelyasiyanı təmin etməməyə qərar verib. İntizam
Komitəsinin təcavüzkar davranışa görə verdiyi 4 oyunluq cəza və
klubun 3000 manat cərimələnməsi qüvvədə saxlanılıb.

Qeyd edək ki, Tovuz klubu Apelyasiya Arbitraj Tribunalının
qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS)
şikayət etmək hüququna malikdir.