Advertisement

Prezident İlham Əliyev: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var

Bakı. Trend:

Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir
texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var.

Trend xəbər verir ki, bu
fikri Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko
ilə mətbuata bəyanatında səsləndirib.

“Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi
köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır.
Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş
ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar”,
– deyə dövlətimizin başçısı vurğulayıb.