
Bakı. Trend:
Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət
və münasibətlər var.
Trend xəbər verir ki, bu
sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham
Əliyevlə mətbuata bəyanatında söyləyib.
Belarus Prezidenti qeyd edib: “Bizim irəlilədiyimiz və təxminən
400 milyon dollar əmtəə dövriyyəsinə çatdırdığımız bir yol
xəritəmiz var. Razılığa gəlmişik ki, bu yol xəritəsi
Hökumətlərarası Komissiyanın Minskdə keçiriləcək növbəti iclasında
bugünkü razılaşmalar və nazirlərimizin burada iki gün ərzində
çalışdıqları, hələ üzərində işləyəcəkləri məsələlər nəzərə
alınmaqla aktuallaşdırılacaq”.





























