Advertisement

Slovakiyanın XİN Prezident İlham Əliyevə təşəkkür edib

Bakı. Trend:

Slovakiyanın Xarici İşlər Nazirliyi Baş nazir Robert Fikoya
ünvanlanan dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə
təşəkkürünü bildirib.

Trend xəbər verir ki, bu barədə Slovakiya XİN “X” sosial
şəbəkəsində bildirib.

“Cənab Prezident, şəfqət və dəstəyinizə görə təşəkkür edirik”, –
deyə qeyd olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev Slovakiyanın Baş naziri
Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə bağlı “X” sosial şəbəkə
hesabında paylaşım edib.

“Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən
sarsıtdı və dəhşətə gəldim. Mən bu hücumu sərt şəkildə qınayıram.
Baş nazir Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq.
Ona tezliklə sağalmağı arzulayıram”, – deyə paylaşımda deyilib.