Advertisement

İngiltərə çempionatında VAR-ın tətbiqi müzakirə olunacaq

Bakı. Trend:

İngiltərə Premyer Liqasında VAR-ın tətbiqi yenidən müzakirə
olunacaq.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, buna səbəb “Vulverhempton”un videotəkrardan imtina
ilə bağlı müraciət ünvanlamasıdır.

Premyer Liqa rəhbəliyi iyunun 6-da şikayətlə bağlı toplantı
keçirəcək. Qaydalara görə, çempionatda iştirak edən 20 klubdan 14-ü
lehinə səs verəcəyi təqdirdə VAR-dan imtina oluna bilər.

Qeyd edək ki, İngiltərə mətbuatı əksər klubların
“Vulverhempton”un təklifinə qarşı olduğunu bildirib.