Bakı. Trend:
Ötən il Azərbaycanda iş icazəsi verilən əcnəbilərin sayı
açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə İnsan alverinə qarşı
mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.
Qeyd olunub ki, Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əcnəbilərin
Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti
həyata keçirməsi üçün 5.441 əcnəbiyə iş icazəsinin verilməsi, 4.773
əcnəbinin müvafiq icazə müddətinin uzadılması məqsədəuyğun hesab
edilib.





























