Advertisement

Yanvar-aprel aylarında Gürcüstandan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Gürcüstandan Türk
limanlarına 1 milyon 12 min 272 ton yük daşınıb.

Trend-in TurkicWorld-ə istinadən
xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə bayrağı altında üzən gəmilər Gürcüstandan
limanlara 469 min 557 ton, digər ölkələrin bayraqları altında üzən
gəmilər isə 542 min 715 ton yük çatdırıb.

Bu müddət ərzində Gürcüstan bayraqlı gəmilərlə Türkiyə
limanlarına yük çatdırılmayıb. 2024-cü ilin yanvar-aprel aylarında
Türkiyə limanlarına Gürcüstandan 660 min 593 ton tranzit yük
daşınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 34
milyon 395 min 89 ton yük qəbul edib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili
limanlara yük qəbulu 2 milyon 367 min 713 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında
gəmilərlə yük daşınması 32 milyon 27 min 376 ton olub”, – deyə
nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin aprel ayında Türkiyə limanlarından
6 milyon 77 min 466 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-aprel
aylarında Türkiyə limanları 137 milyon 168 min 261 ton yük qəbul
edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 10 milyon 72 min
186 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə
isə Türkiyə limanlarına yükdaşımalar 127 milyon 96 min 75 ton
təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-aprel aylarında
Türkiyə limanlarından 22 milyon 938 min 589 ton tranzit yük
daşınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 4 min
756 gəmi qəbul edib

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 329, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 427 olub.

2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 18 min 477
gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən
digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 704, Türkiyə
bayrağı altında olan gəmilər isə 5 min 773 olub”, – deyə
nazirlikdən bildirilib.