Bakı. Trend:
Tavuş vilayətinin Kirants kəndinin sakinlərinin dünəndən
bağladığı Ermənistan-Gürcüstan yolu açılıb.
Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, bir qrup sakin Tavuş vilayətinin qubernatoru
Aykom Qalumyanla görüşdükdən sonra yol açılıb.
Bundan başqa, kəndə aparan yol da açılıb və dünən polisin yolda
yerləşdirdiyi nəzarət-buraxılış məntəqəsi ləğv edilib.
Qeyd edək ki, Tavuş sakinləri Ermənistan-Azərbaycan
sərhədlərinin delimitasiyasına etiraz edirlər.





























