Advertisement

“Qarabağ” Qətərə gedəcək – Trend.Az

Bakı. Trend:

“Qarabağ” akademiyasının komandaları beynəlxalq səfərlərə
yollanacaq.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti
açıqlayıb.

“Qarabağ”ın iki komandası Türkiyəyə, ikisi Qətərə gedir. U-9 və
U-14 Türkiyənin Antalya şəhərində təşkil olunacaq “Junior World
Cup”da mübarizəyə başlayıb. Turnir mayın 17-19-da keçiriləcək.

U-9-un rəqibləri arasında “Fatih Karagümrük”, “Antalyaspor”,
“Beşiktaş” və “Paxtakor” (Özbəkistan) kimi komandalar olacaq. U-14
isə “Antalyaspor”, “Oina” (Qazaxıstan), “Sabah”, “Dinamo” (Batumi,
Gürcüstan) və digər rəqiblərlə mübarizə aparacaq.

U-15 və U-17 isə Qətərdə təşkil olunacaq “Aspire Academy
Friendly Series”də iştirak edəcək. Akademiyanın meneceri Nail
Kərimov və koordinatoru Aftandil Hacıyevin başçılıq etdiyi səfər
çərçivəsində komandalar iki yoldaşlıq görüşündə qüvvəsini
sınayacaq. Bu matçlar ayın 19-da və 21-də baş tutacaq. Bununla da
“Qarabağ” akademiyasının mövsüm ərzindəki beynəlxalq səfərlərinin
sayı 8-ə çatacaq.