Advertisement

Bütün QHT, assosiasiya, dərnək təmsilçilərimizi əməkdaşlığa dəvət edirik – MÜSİAD Azərbaycan rəhbəri

Bakı. Trend:

Bütün QHT, assosiasiya, dərnək təmsilçilərimizi əməkdaşlığa
dəvət edirik.

Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu haqda MÜSİAD Azərbaycan idarə heyətinin sədri
Rəşad Cabirli “X” sosial şəbəkəsində yazib.

O qeyd edib ki, bu gün ölkəmizdə sahibkarlar üçün münbit
ticari-iqtisadi mühit formalaşmışdır. Sahibkarlıq fəaliyyəti ölkə
başçımızın diqqət mərkəzindədir.

“Dövlət tərəfindən investisiya və yeni iş yerlərinin
yaradılması, sənaye parkları, sənaye məhəllələrinin yaradılması,
təşfiqlər, subsidiyalar və s. ilə bağlı son illər ərzində görülən
işlər, müşahidə etdiyimiz strategiya qeyd etdiklərimin bariz
nümunəsidir”-deyə Cabirli bildirib.

Onun sözlərinə görə, sahibkarlığın inkişafı üçün QHT,
assosiasiya və dərnəklərin təşkil etdiyi forumlar, netvorkinq, b2b
görüşlər və s. fəaliyyətlər ticarətin artırılması və investisiya
qoyuluşları üçün önəm kəsb edir və təqdirə layiqdir.

“Lakin məhsuldarlığın, effektivliyin artırlması üçün düşünürəm
ki, qeyd olunan qurum və quruluşların öz aralarında əlaqələri
sinerji təşkil etməsi baxımından xüsusilə əhəmiyyətlidir.”-deyə
MÜSİAD Azərbaycan rəhbəri bildirib.

Cabirli hesab edir ki, sahibkar əgər bir qurumda təmsil olunursa
digər qurumun tədbirlərindən, fəaliyyətlərindən kənarda qalmamaq
üçün hər iki, üç, dörd, beş və s. qurumda üzv olması, üzvlük haqqı
ödəməsi şərt olmamalıdır.

“Bu ən azından israfdır, sahibkar üçün əlavə xərcdir.Bu səbəbdən
qurumlar öz aralarında onlara üzv sahibkarların maraqlarından çıxış
edərək üzvlərinin bütün fəaliyyətlərdə iştirakını təmin etməyə
çalışmalıdır. Beləcə, biz daha məqsədyönlü fəaliyyət göstərərək
faydalı nəticələr əldə edə bilərik. Çünki məqsədimiz sadəcə
kəmiyyət deyil, keyfiyyətdir. Mən bütün QHT, assosiasiya, dərnək
təmsilçilərimizi bu istiqamətdə əməkdaşlığa dəvət edirəm. Dəyərli
Sahibkarlar, hörmətli QHT, assosiasiya və dərnək rəhbərləri, gəlin
hədəflərimiz doğrultusunda birlikdə daha gözəl Azərbaycan üçün
gücümüzü birləşdirək ! ”- deyə o bildirib.