Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin
təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti əmək yarmarkası
keçiriləcək.
Trend xəbər verir ki,
Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsində yerləşən Naxçıvan Biznes
Mərkəzində 21 may saat 10:00-da baş tutacaq yarmarkaya Naxçıvan
Muxtar Respublikasının işsiz və iş axtaran sakinləri
dəvətlidirlər.
Naxçıvan şəhəri və Babək rayonunda yerləşən dövlət və özəl
müəssisələrindən vakansiyalar muxtar respublika sakinlərinə təqdim
ediləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyət vəsiqələrini təqdim
etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri
arzuolunandır.
Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə
bilavasitə təmas yaratmaq imkanı yaradılır.
Yarmarkada iştirak edən şəxslərə vakansiyalar, iş öhdəlikləri və
şərtlər haqqında daha ətraflı məlumat təqdim olunacaq.





























