Advertisement

Məhəmməd Muradlı erməni rəqibini məğlub edib

Bakı. Trend:

BƏƏ-də Şarjah Masters şahmat turnirində 4-cü turun görüşləri
keçirilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı erməni rəqibini
məğlub edib.

Məhəmməd Muradlı qara fiqurlarla Samvel Ter-Sahakyan mat qoyub.
Teymur Rəcəbov isə ardıcıl 4-cü dəfə heç-heçə razılaşıb. Daha bir
təmsilçimiz Eltac Səfərli də turu yarım xalla başa vurub. Aydın
Suleymanlı isə iranlı rəqibinə uduzub.

Bu nəticələrdən sonra Murad 3 xalla 9-cu pillədə qərarlaşıb. O,
liderlərdən yarımxal geri qalır. Hesabında 2 xal olan Eltac 35-ci,
Aydın 50-ci, Teymur isə 53-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Şarjah Mastersdə 88 şahmatçı İsveçrə sistemi üzrə
mübarizə aparır.

Şarjah Masters, IV tur
Aydın Suleymanlı – Bardiya Daneşvar (İran) – 0:1
Samvel Ter-Sahakyan (Ermənistan) – Məhəmməd Muradlı – 0:1
Teymur Rəcəbov – Ediz Gürel (Türkiyə) – 0,5:0,5
Vladislav Artemyev (AİN) – Eltac Səfərli – 0,5:0,5