Bakı. Trend:
HÜRJET 2025-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına
daxil olacaq.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türk
Aerokosmik Sanəyesi (TAİ) idarəsi bildirib.
Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətli təlim təyyarəsi
HÜRJET, Türk Aerokosmik Sənayesi (TAİ) müəssisələrində həyata
keçirilən sınaq uçuşlarının ardından 19 May Gənclik və İdman
Bayramı qeyd etmələri üçün ilk dəfə bazadan ayrılıb.
HÜRJET bu nümayişlə müəyyən mənada evi olan obyekti ilk dəfə
tərk edərək TAİ-nin səmalarından başqa yerə uçacaq.
Akroteam nümayiş təyyarəsi versiyası ilə yanaşı reaktiv təlim,
döyüş hazırlığı, qırmızı təyyarə və təyyarə gəmisi versiyalarına
sahib olacaq HÜRJET indiyədək həyata keçirilən sınaqlarda 56 uçuş
edib və 65 saat havada qalıb.
HÜRJET-in gələcəkdə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı
akrobatika komandası olan Türk Ulduzlarının istifadə etdiyi NF-5
təyyarəsini əvəz etməsi planlaşdırılıb.
Xatırladaq ki, yerli və milli qaynaqlarla hazırlanmış HÜRJET
Reaktiv Təlim və Yüngül Hücum Təyyarələri Layihəsi çərçivəsində
2017-ci ilin avqust ayında işlərə başlanılıb.
İstehsalı başa çatan ilk komponent 10 iyun 2022-ci il tarixində
keçirilən mərasimlə son montaj xəttinə köçürülüb.
Quraşdırma işləri tamamlandıqdan sonra yer sınaqları (eniş
qurğusu, kabellər, kanop mexanizmi, elektrik testləri) başladıldı
və HÜRJET ilk mühərrik işə salma tələbləri olan avionik sistem,
elektrik sistemi və yanacaq testlərini həyata keçirib.
Türkiyənin ilk reaktiv mühərrikli səsdən sürətli təlim təyyarəsi
HÜRJET ilk dəfə mühərrikini 30 yanvar 2023-cü ildə işə saldı.





























