Bakı. Trend:
Kibercinayətkarlar 2023-cü ildə Almaniya biznesinə və fiziki
şəxslərə 205,9 milyard avro zərər vurublar.
Trend xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri
Nensi Fezerin hesabatında deyilir.
“Bitkom” federal informasiya texnologiyaları assosiasiyası
tərəfindən 2023-cü ildə qeydə alınan zərər 205,9 milyard avro
təşkil edib”, – deyə hesabatda bildirilir.
Sənədə əsasən, kibercinayətlər nəticəsində 800-dən çox şirkətə
və müxtəlif qurumlara zərər dəyib. Həmçinin xaricdən törədilən
cinayətlərin sayı 30 faiz artıb. Hesabatda yer alan məlumata görə,
bu statistika “aysberqin görünən hissəsidir”, belə ki, 10 hadisədən
yalnız 1-də polisə məlumat verilir.





























