Bakı. Trend:
ABŞ mayın 20-də Ukraynaya silah tədarükü ilə bağlı Qərb Əlaqə
Qrupunun növbəti iclasını keçirəcək.
Trend xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
İclas onlayn formatda olacaq.
“ABŞ-ın müdafiə naziri Lloyd Ostin və ABŞ Silahlı Qüvvələrinin
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun
mayın 20-də Pentaqonda Ukrayna üzrə təmas qrupunun virtual görüşü
keçirəcək”, – məlumatda deyilir.





























