
Bakı. Trend:
Ali Səviyyəli Toplantı mərkəzin Kral Faysal Araşdırma və İslami
Tədqiqatlar Mərkəzi və BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə
əməkdaşlığı çərçivəsində “Dəyişən Dünyada Yaxın Şərq:
Qeyri-Müəyyənliklər, Risklər və İmkanlar” başlığı altında
keçiriləcək.
19-20 may tarixində baş tutacaq tədbirdə Kral Faysal Araşdırma
və İslami Tədqiqatlar Mərkəzinin sədri Şəhzadə Turki Al Faysal,
Mərkəzin həmsədrləri xanım Vayra Vike-Frayberqa və İsmayıl
Səragəldin, BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi və
BMT Baş Katibinin müavini Migel Angel Moratinos, Serbiyanın sabiq
Prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq Prezidenti
Mladen İvaniç, Bolqarıstanın sabiq Prezidentləri Rozen Plevneliyev
və Petar Stoyanov, Latviyanın sabiq Prezidenti Valdis Zatlers,
Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, BMT Baş
Assambleyasının 75-ci Sessiyasının Prezidenti Volkan Bozkır,
Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç və sabiq Müdafiə
naziri Miliça Peyanoviç-Durisiç, Bosnia və Herseqovinanın BMT-də
Daimi Nümayəndəsi və sabiq Baş Naziri Zlatko Laqumdziya,
Avstriyanın sabiq federal xarici işlər naziri və sabiq Avrupa
Komissarı Benita Ferrero-Valdner, Ərəb Dövlətləri Liqasının sabiq
Baş katibi Əmr Musa, Isveçin sabiq Baş Naziri Stefan Löfven, Fransa
Senatının üzvü Natali Qule daxil olmaqla dünyanın 10-dan çox
ölkəsindən 100-ə yaxın qonaq iştirak edəcək.





























