Bakı. Trend:
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları
Türkiyədə 223 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin
eyni dövrü ilə müqayisədə 38 obyekt azdır.
Trend-in TurkicWorld-ə istinadən
xəbərinə görə, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz
Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin aprel ayında Azərbaycan vətəndaşları
Türkiyədə 54 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin aprel
ayı ilə eyni saydadır.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyədə 75 min 569
mənzil satın alınıb ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə
11,8 faiz azdır.
Məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyədə 355
min 173 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə
müqayisədə 3,7 faiz azdır.
2024-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 1 272
mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 50,3
faiz azdır.
Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6
min 957 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə
müqayisədə 48,4 faiz azdır.





























