
Bakı. Trend:
Şirvanda oğurluqlar edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis
Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində
evlərdən və obyektlərdən oğurluq etməkdə şübhəli bilinən şəhər
sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Vüsal Həşimov
saxlanılıb.
Araşdırmalar zamanı onun ümumilikdə 6 ev və obyektdən oğurluqlar
edərək zərərçəkmişlərə 5000 manatdan artıq maddi ziyan vurduğu
müəyyən edilib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi
başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri
seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.





























