Advertisement

Türk İnvestisiya Fondu dövlət və özəl sektorda investisiyaları sürətləndirəcək

Bakı. Trend:

Türk İnvestisiya Fondu həm dövlət, həm də özəl sektorda
investisiyalarımızı sürətləndirəcək.

Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri
Mehmet Şimşek açıqlayıb.

“500 milyon dollar nizamnamə kapitalı ilə Türkiyə İnvestisiya
Fondunu qururuq. Türk dövlətlərinin 2024-cü ilin sonuna qədər 1,9
trilyon dollarlıq iqtisadi böyüklük və 178 milyon əhaliyə çataraq
dünya iqtisadiyyatında mühüm yer qazanacağı gözlənilir.

Türk Dünyası 2040 Vizyonu çərçivəsində Türk İnvestisiya Fondunun
yaradılmasında ən böyük məqsədimiz türk dövlətləri arasında
iqtisadi və ticari əlaqələrin inkişafını təmin etməkdir”, – deyə o
əlavə edib.

Xatırladaq ki, 2023-cü il mayın 30-da Azərbaycan razılığını
bildirdikdən sonra Türk dövlətlərinin iqtisadi inteqrasiyasını
təmin etmək məqsədilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan
və Qırğızıstanın üzv olduğu “Türk İnvestisiya Fondu”-nun
yaradılması üzv dövlətlər və Türk Dövlətləri Təşkilatı rəhbərliyi
tərəfindən təsdiqlənib.